Rusiyanın vasitəçiliyi Azərbaycan üçün nə zaman faydalı olub? - ŞƏRH

Rusiyanın vasitəçiliyi Azərbaycan üçün nə zaman faydalı olub? - ŞƏRH

Hazırda oxunan: Rusiyanın vasitəçiliyi Azərbaycan üçün nə zaman faydalı olub? - ŞƏRH

21603

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki insidenti tənzimləmək, o cümlədən demarkasiya və delimitasiyanın keçirilməsini həyata keçirmək üçün tərəflərə vasitəçiliyini təklif edib. Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 19-da tacikistanlı həmkarı Sirociddin Muhriddinlə Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib.

Bizim.Media xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələni “Facebook” hesabında şərh edib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Ermənistan - Azərbaycan sərhəd məsələsində vasitəçi ola bilər - Lavrov


Onun sözlərinə görə ilk növbədə Rusiyanın vasitəçiliyinin nə zaman Azərbaycan üçün faydalı olduğu sualına cavab tapmalıyıq:

“Uzaq və yaxın tariximiz bu suala müsbət cavab vermir. Rusiya hərbçiləri Qarabağda separatçıları tərksilah etmədikləri kimi “İsgəndər – M” raketləri ilə bağlı müəmma da çözülmədi. Rusiya prezidenti Vladimir Putin müharibə günlərində Ermənistana silah və sursat daşıdığını gizlətmədi. İndi bu dövlət Azərbaycanla Ermənistan arasında sərhədi müəyyənləşdirmək üçün hakim rolunda çıxış etsə, nəyin baş verəcəyi üzərindən baş sındırmağa dəyməz. Haqlarımız qorunmayacaq”.

Politoloq hesab edir ki, rəsmi Bakı “sərhədin müəyyənləşməsi iki dövlət arasında danışıqlar vasitəsilə aparılmalıdır” yanaşmasında israrını davam etdirməlidir:

“Doğrudur, Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın bu məsələyə münasibəti belədir ki, “Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlər yoxdursa, danışıqlar prosesində Rusiya iştirak etməlidir”. Yəni İrəvan artıq Rusiyanın vasitəçi təklifini dəstəkləyib. Ermənistanın dəstəklədiyi təklif isə Azərbaycanın xeyrinə ola bilməz”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO