Danimarkalı səfir: “Azərbaycanın Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm ölkə olması barədə anlayış artmaqdadır”

Danimarkalı səfir: “Azərbaycanın Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm ölkə olması barədə anlayış artmaqdadır”

Hazırda oxunan: Danimarkalı səfir: “Azərbaycanın Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm ölkə olması barədə anlayış artmaqdadır”

216010

“Danimarka siyasətçiləri arasında Azərbaycanın Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm ölkə olması barədə anlayış artmaqdadır. Azərbaycanın uğurlu inkişaf strategiyası var və bu xüsusda, ölkənin regionun nəqliyyat-logistika mərkəzinə çevrilmək niyyətini təqdir edirik”.

Bizim.Media xəbər verir ki, bunu Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Toft etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Biz ən böyük beynəlxalq yükdaşıma donanmalarından birini yaratmışıq”


Səfir, ölkəmizin ticarət, enerji, infrastrukrur sahələrində haba çevrilmək istiqamətində inkişaf etdiyini vurğulayaraq, Danimarka şirkətlərinin bu işlərdə rol oynaya biləcəyini qeyd edib.

O həmçinin ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən ticarət istiqamətində inkişaf etdrilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO