“Neft-qaz və yaşıl enerji sahələrinə investisiyaların cəlb olunması ilə bağlı Azərbaycanda böyük işlər həyata keçirilir, eyni zamanda, ölkəmizin yaşıl enerji və nəqliyyat sahələrində beynəlxalq haba çevrilməsi istiqamətində də fəal fazada işlər aparılır”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Toftun etimadnaməsini qəbul edərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Danimarkalı səfir: “Azərbaycanın Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm ölkə olması barədə anlayış artmaqdadır”
Prezident İlham Əliyev vurğulayıb ki, açıq dənizlərə çıxışımızın olmamasına baxmayaraq, ölkəmiz Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşir və biz ən böyük beynəlxalq yükdaşıma donanmalarından biri daxil olmaqla, ən müasir nəqliyyat infrastrukturu, dəmir yolu və avtomobil yolu, dəniz limanları və hava yolları şirkətlərini yaratmağa müvəffəq olmuşuq.
Azərbaycan Prezidenti qeyd edib ki, bütün bunlar beynəlxalq əməkdaşlıq üçün möhkəm platforma yaradır və bu dəhliz Azərbaycan vasitiləsi ilə Şərqlə Qərb arasında daşımalar üçün ən yaxşı marşrutdur.
Bizim.Media