“Mən fəxr və qürurla bəyan etmək istəyirəm ki, biz BMT-də ermənilərə bu haqq işlərində ilk dəstək verən tək dövlət olduq və bu dəstək qarşılıqlı şəkildə davam edir. Çünki erməni xalqı da bir çox zülmə və qırğına məruz qalmış bir xalqdır. Xüsusən də Osmanlı dövləti tərəfindən...”
Bizim.Media xəbər verir ki, bu sözlər Fələstin Prezidenti Mahmud Abbasa məxsusdur.
MÖVZU İLƏ BAĞLI:
"Fələstin bayrağı türklərə qarşı yaradılıb" – Politoloqdan maraqlı FAKT
Azərbaycanda qınanan bu çıxış davamında Mahmud Abbas bildirib ki, “Fələstin hər zaman erməni xalqının yanında olmağa davam edəcəkdir. Mən öz adımdan, öz xalqımın adından Ermənistan xalqına və dövlətinə təşəkkürümü bildirmək istəyirəm ki, bizi hər vəziyyətdə dəstəkləyib kömək oldular. Eyni zamanda demək istəyirəm ki, burada və bütün dünyada yaşayan ermənilər qardaşlarımızdır. Onlar bizim bir hissəmizdilər”.
Ümumiyyətlə, Mahmud Abbasın “ermənilərin haqq işi” deyəndə nəyi nəzərdə tutduğunu xatırlatmaq üçün deməliyik ki, Fələstin “Artsax” qondarma rejimini tanıyan ilk dövlət olub və onlar Azərbaycan torpaqlarının işğalını dəstəkləyiblər. I Qarabağ müharibəsi zamanı minlərlə Azərbaycan müsəlmanının daşnaklar tərəfindən qətlə yetirildiyini nəzərə alsaq, belə çıxır ki, İslam ölkəsi olan Fələstin müsəlman qırğınını alqışlayıb.
Heç I Qarabağ müharibəsindən yox, 44 günlük savaşdan söz açsaq, fələstinlilərin erməni separatçılarına dəstəyi barədə infosızmalar yayılırdı.
Belə ki, İranda təlim görüb Qarabağda azərbaycanlılara qarşı döyüşə ötürülən terrorçular arasında Fələstin vətəndaşlarının da olduğu xəbərləri dərc olunurdu. Ermənilərə yardımlarının yeni səbəbini əsaslandırmaq istəyən fələstinli terrorçular bəhanə kimi İsrailin Azərbaycana dəstəyini göstəriblər. Bəs, guya bunlar Qarabağa Azərbaycana qarşı vuruşmağa yox, sırf “Harop”ları məhv etməyə gəliblər.
Hərçənd Mahmud Abbasın dediyi kimi, fələstinlilərlə ermənilər qardaşdırlarsa, deməli, bu günlərdə Qəzzadan İsrailə atılan 2 mindən çox raketin bir qismi ASALA-ya aiddir. Əslində II Qarabağ savaşından sonra İrəvanın silahı qalsaydı, onlar da rəsmən Fələstinə birbaşa yardım əllərini uzadardılar.
Əlbbət ki, burada fələstinli və erməni terrorçularının təlim-məşqlərinə ev sahibliyi edən İranı da unutmaq olmaz.
Xatırladaq ki, Fələstinlilərin mərhum lideri Yasir Ərəfat da erməniləri qardaş adlandırırdı.
Bizim.Media