Pezeşkian Şahin Mustafayevi qəbul etdi – FOTO

Pezeşkian Şahin Mustafayevi qəbul etdi – FOTO

Hazırda oxunan: Pezeşkian Şahin Mustafayevi qəbul etdi – FOTO

215991

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

İran prezidenti İslam ölkələri arasında münasibətlərin gələcək inkişafına töhfə verəcək bütün layihələri alqışladıqlarını vurğulayıb.

O, həmçinin iki ölkə arasında razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Bildirilib ki, Şahin Mustafayev öz növbəsində Azərbaycanın İranla əlaqələrini genişləndirməyə hazır olduğunu qeyd edib.

Qəbul zamanı bir sıra digər qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO