Tələbələrin təqribən yarısı təqaüd alır. Təxminən 45-46 faizi dövlət sifarişi əsasında təhsil alır. Başqa bir qismi isə xüsusi sosial qrupdan olan tələbələrdir ki, onların da xərclərini dövlət qarşılayır. Bunlara şəhid ailələri, keçmiş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərdir. Ümumilikdə bu iki sistem əsasında 50 faizdən artıq dövlət hesabına təhsil alır.
Bizim.Media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində keçirilən tədbirdəki çıxışı zamanı deyib.
Nazir bildirib ki, artıq bir neçə adlı təqaüd proqramı Azərbaycan təhsil sistemində mövcuddur:
"Amma bu işdə bir qədər də sistemləşməyə ehtiyac var".
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:07 / 14.10.2024
“Tələbələrin yarısı təqaüd alır” – Emin Əmrullayev
Hazırda oxunan: “Tələbələrin yarısı təqaüd alır” – Emin Əmrullayev
Hazırda oxunan: “Tələbələrin yarısı təqaüd alır” – Emin Əmrullayev
215985
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.