Emin Əmrullayev: “Növbəti 2-3 ildə də hazırki formatla davam etmək istəyirik”

Emin Əmrullayev: “Növbəti 2-3 ildə də hazırki formatla davam etmək istəyirik”

Hazırda oxunan: Emin Əmrullayev: “Növbəti 2-3 ildə də hazırki formatla davam etmək istəyirik”

215461

“Maraqlı mövsüm olacaq”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev Basketbol Liqasının yeni mövsümünün açılışına həsr edilmiş tədbirdə deyib.

O, daha maraqlı mövsüm gözlədiklərini vurğulayıb:

"Bilirsiniz ki, Azərbaycan Basketbol Liqasına bu il daha iki klub qoşulub. Bundan başqa format dəyişikliyi olub. A və B qruplarına bölünüb. Hər bir komandanın çempion olmaq imkanı var. Bu, yalnız A qrupuna aid deyil. Bəzən bunu güclülər liqası və ikinci dəstə kimi başa düşmək səhvdir.

Sadəcə çempionat daha çox oyun keçirrilməsi məqsədilə belə təşkil olunub. Daha çox oyun olanda, çempionatın da maraqlı keçəcəyini gözləyirik. Təxminən 8 gündən sonra çempionat başlayır. Mənim üçün kimin çempion olmasının fərqi yoxdur. Güclü kimdirsə, o da qalib gəlsin".

O, yeni formatla bağlı bunları söyləyib:

"Çempionat elə qurulub ki, birinci "altılıq"dan 3, ikinci "altılıq"dan 1 komanda birbaşa pley-offa vəsiqə qazanacaq. Qalan komandalar pley-in mərhələsində oynayacaq. Qaliblər, yəni 8 komanda pley-offa vəsiqə əldə edəcək. Orada da qalib gələnlər növbəti mərhələyə yüksələcək, daha sonra ilk "altılıq" müəyyənləşəcək.

Bilirsiniz ki, federasiya tərəfindən klublara maliyyə yardımı göstərilir. Növbəti illərdə çalışacağıq komandaların birinci və ya ikinci "altılığ"a düşməsindən asılı olmayaraq diferensiallaşmış maliyyə ayrılsın. Ümumiyyətlə çalışırıq ki, klubların işinə dəstək olaq, nəinki onları idarə edək. Hazırkı formatla ən azı növbəti 2-3 ildə də davam etmək istəyirik".

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.

 Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO