Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM YENİLİK – Rusiya sərhədçilərinin gedişi NƏYİ DƏYİŞƏCƏK?

Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM YENİLİK – Rusiya sərhədçilərinin gedişi NƏYİ DƏYİŞƏCƏK?

Hazırda oxunan: Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM YENİLİK – Rusiya sərhədçilərinin gedişi NƏYİ DƏYİŞƏCƏK?

215278

Gələn ilin əvvəlindən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədinin buraxılış məntəqəsində xidmət etməyi dayandıracaq. Bundan sonra sərhəddə yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri qalacaq.

Bu barədə Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş zamanı razılıq əldə olunub. Bildirilib ki, 2025-ci il yanvarın 1-dən etibarən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində xidməti dayandıracaq.
 

MÖVZU İLƏ BAĞLI:

İran-Rusiya ANLAŞMAZLIĞI – Köhnə dostların Zəngəzurda toqquşan MARAQLARI


Bununla yanaşı, Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərini Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhəd qoşunları, Rusiya sərhədçiləri ilə birgə qoruyacaqlar.

Xatırladaq ki, 2020-ci ilin 10 noyabrında imzalanan Üçtərəfli Bəyanatın 9-cu maddəsində  Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinə nəzarətin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilməsi öz əksini tapıb.

Görəsən, Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədindən çıxarılması Zəngəzur dəhlizinin açılmasına necə təsir göstərəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, rus sərhədçilərinin Ermənistanın İranla sərhədində qalıb-qalmamasının Zəngəzur dəhlizinin müqəddəratına heç bir təsiri yoxdur:

“Ermənistan rəhbərliyi öz şıltaqlığını davamlı şəkildə nümayiş etdirir. Rusiya da anlayır ki, İrəvan münasibətlərin çökməsi üçün bəhanələr axtarır və müxtəlif formada təsir və təzyiq göstərməyə çalışır. Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədindən çıxarılması Moskva üçün elə də böyük problem deyil. Bu heç nəyi dəyişməyəcək. 40 km-lik balaca bir zolaqdır. Onsuz da Ermənistan Rusiyanın xarici siyasətində periferiyalardan birində özü üçün yer tapıb. Zəngəzur dəhlizi açılacaqsa, təbii Ermənistan çalışacaq ki, burada öz yuridiksiyasını saxlasın”.

Ekspert qeyd edir ki, hər halda Zəngəzur dəhlizi ideya əsasına görə, Ermənistana aid deyil:

“Zəngəzur dəhlizi qitələrarası kommunikasiyalar şəbəkəsində xüsusi yer tutan bir xətt olacaq. Ona görə də İrəvan elə düşünməsin ki, həmin 40 kilomterlik ərazidə özü hökmranlıq edib, özünəməxsus rejim tətbiq edəcək. Rusiya ola bilsin, sərhəddən geri çəkilir, amma o, Qafqazdan getmir. Hətta Ermənistanın özündən belə getmir. Rusiya onsuz da proseslərin nəbzini öz nəzarətində saxlayacaq.

Ölkəmiz üçün vacib olan dəhlizin açılmasıdır. Bu fonda rus sərhədçilərinin orada qalıb-qalmamasının dəhlizin müqəddəratına elə bir təsir göstərmir. Dəhliz məsələsi siyasi liderlərin ixtiyarında olan bir problemdir. Son zamanlar Ermənmistanla Rusiya arasında münasibətlərdə gərginlik yaranıb. Amma Ermənistanın elə bir gücü yoxdur ki, Rusiya ilə baş-başa gəlsin. Ermənistana qeyri-ciddi məmləkət kimi baxırlar. Belə olan halda Ermənistanın beynəlxalq meydanlarda iş qabiliyyəti elə də yüksək deyil. Ermənistan prosesdə özünü yekəxana aparmamalıdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO