“Ermənistan bu ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır və bu, İrəvanın rəsmi mövqeyidir”.
MÖVZU İLƏ BAĞLI:
Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir, İlham Əliyev iclasda iştirak edir
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında deyib.
O xatırladıb ki, Konstitusiya Məhkəməsi bu yaxınlarda Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işinə dair əsasnaməni təsdiqləyib. Paşinyanın sözlərinə görə, məhkəmə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən sovet dövründəki sərhədləri tanımasının ölkə Konstitusiyasına uyğun olduğunu təsdiqləyib.
Bizim.Media