“Sülh sazişi ilə bağlı danışıqlarda top Ermənistanın meydanındadır” - Elçin Əmirbəyov

“Sülh sazişi ilə bağlı danışıqlarda top Ermənistanın meydanındadır” - Elçin Əmirbəyov

Hazırda oxunan: “Sülh sazişi ilə bağlı danışıqlarda top Ermənistanın meydanındadır” - Elçin Əmirbəyov

214723

“Sülh sazişinin yekunlaşdırılması üçün ölkələrimiz arasında birbaşa ikitərəfli danışıqlar kritik yekun mərhələyə qədəm qoyub və proses Azərbaycanın Ermənistanla davamlı, təhlükəsiz və dönməz sülhə nail olmaq üçün güclü öhdəliyini bir daha təsdiq etməyə hesablanıb”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Faro di Rome" və "Eurasiaticanews" üçün yazıçı və tarixçi Karlo Marinoya eksklüziv müsahibəsində bildirib.

Elçin Əmirbəyov qeyd edib ki, bu məqsədə çatmaq üçün bizim müqəddəs borcumuzdur ki, gələcək sülh sazişi ərazi iddialarına, təcavüzə və ya hərbi münaqişəyə qayıdışını hətta nəzəri cəhətdən də tamamilə qeyri-mümkün etsin:

“Azərbaycan bu vəbadan kifayət qədər əziyyət çəkib və gələcəkdə bu ssenarinin təkrarlanmasının qarşısını almaq istəyir. Bunun üçün Ermənistan Azərbaycanın suveren ərazisinin bir hissəsi ilə bağlı hazırkı Konstitusiyasında əksini tapmış aşkar ərazi iddialarını təcili həll etməlidir.

Sülh yolunda bu əsas maneənin aktuallığını inkar etməklə və nəyin bahasına olursa-olsun, zəif tərtib olunmuş mətni imzalamaq üçün sadə və praktiki olmayan yollar seçməklə Ermənistan, görünür, qonaq otağındakı filə məhəl qoymur və ölkələrimiz arasında onilliklər boyu davam edən rəqabətin və qarşıdurmanın əsas səbəbini xalçanın altına süpürməyə çalışır.

Beləliklə, bu gün top Ermənistanın meydanındadır və ümid edirik ki, münasibətlərimizin faciəli səhifəsini çevirmək üçün tarixi fürsət əldən verilməyəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO