Millət vəkili:

Millət vəkili: "Fransanın Şarl De Qolu yoxdur, ayılmalı və Azərbaycanla bağlı... "

Hazırda oxunan: Millət vəkili: "Fransanın Şarl De Qolu yoxdur, ayılmalı və Azərbaycanla bağlı... "

214701

"Fransa iqtidarının öz vətəndaşlarına qarşı apardığı siyasətin riyakarlıq olduğunu Fransa vətəndaşları özləri deyir". 

 

Sfera.az xəbər verir ki, bunu deputat Rafael Hüseynov deyib.

 

Millət vəkili Fransanın daxilində vəziyyətin gərgin olduğunu, dövlətin erməni lobbisinə meyilli siyasətdən çəkinməli olduğunu bildirib:


"Fransa şəhərlərindən Marseldə, Nantda və digər şəhərlərdə etirazçılarını sayı milyondan çox idi. İndiki Fransa iqtidarının bu çöhrəsi Ermənistanla apardığı lax siyasətdən bizə bəllidir. Biz Fransanın apardığı separatizmi rədd edirik. Luvr muzeyi Fransanın rəmzidir. Martın 27-də Luvr muzeyi bağlandı. Martın 28-də Eyfel Qülləsi ziyarətçilərə qapandı. Polis etirazçılara ən sərt dəyənəklərlə cavab verir. Bu gün Fransada etirazlara tələbələr də qoşulur. Bu gün Fransanın Şarl De Qolu yoxdur. Fransada futbol stadionunda  "qol" yox, "Makron get" şüarları səsləndirilib. Fransa Azərbaycanla bağlı siyasətini dəyişməlidir. Fransa ayılmalıdır". 

 

Əzizə Zeynal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO