Azərbaycan və Kolumbiya arasında ilk konsulluq məsləhətləşmələri KEÇİRİLDİ

Azərbaycan və Kolumbiya arasında ilk konsulluq məsləhətləşmələri KEÇİRİLDİ

Hazırda oxunan: Azərbaycan və Kolumbiya arasında ilk konsulluq məsləhətləşmələri KEÇİRİLDİ

214624

Azərbaycan və Kolumbiya respublikalarının Xarici İşlər Nazirlikləri arasında video-konfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Kolumbiya nümayəndə heyətinə isə Kolumbiya Respublikası Xarici İşlər Nazirliyinin Avropa idarəsinin rəisi Patrisiya Kortes Ortis rəhbərlik edib.

Məsləhətləşmələr zamanı Kolumbiya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, danışıqlar zamanı iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, miqrasiya və daxili işlər sahələrində əlaqələrin inkişaf etdirilməsi, rəsmi sənədlərin leqallaşdırılması və ya onlara apostilin verilməsinin rəqəmsallaşdırılması, iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO