Ayxan Hacızadə: “Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib”

Ayxan Hacızadə: “Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib”

Hazırda oxunan: Ayxan Hacızadə: “Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib”

214267

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Ermənistan XİN rəhbəri Ararat Mirzoyana cavab verib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN sözçüsü rəsmi  “X” hesabında paylaşım edib:

“Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Varşava Forumunda Azərbaycana qarşı həqiqətə uyğun olmayan fikirlər səsləndirib”.

A. Hacızadə eyni zamanda qeyd edib ki, Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib:

“Ermənistan XİN rəhbəri forum çərçivəsində çıxışı zamanı dezinformasiya və manipulyasiya aparmaqla məşğul olub. Beynəlxalq öhdəliklərinə baxmayaraq, nə üçün Ermənistan 10 mindən çox silahlı qüvvələrini 2023-cü ilə qədər Azərbaycandan çıxarmaqdan imtina edirdi? Bu qeyri-qanuni silahlı qüvvələr Ermənistanın dövlət büdcəsindən birbaşa hərbi-texniki, maddi-texniki və maliyyə dəstəyi hesabına təmin edilib, suveren Azərbaycan ərazisində separatizmi qızışdırmaq məqsədi güdürdü”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO