ABŞ-dan növbəti QƏRƏZLİ ADDIM – Ağ Ev ermənipərəst mövqeyindən niyə əl ÇƏKMİR?

ABŞ-dan növbəti QƏRƏZLİ ADDIM – Ağ Ev ermənipərəst mövqeyindən niyə əl ÇƏKMİR?

Hazırda oxunan: ABŞ-dan növbəti QƏRƏZLİ ADDIM – Ağ Ev ermənipərəst mövqeyindən niyə əl ÇƏKMİR?

214200

ABŞ Azərbaycana qarşı qərəzli mövqe sərgiləməkdə davam edir. Belə ki, oktyabrın 1-də ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Rand Varşava İnsan Ölçüsü Konfransında çıxışı zamanı Azərbaycana qarşı qərəzli bəyanat verib.

Onun səsləndirdiyi bəyanatda ABŞ tərəfinin “Dağlıq Qarabağda beynəlxalq humanitar hüququn və insan hüquqlarının iddia edilən pozuntularını nəzərdən keçirməkdə davam etdiyi” barədə qərəzli fikirlər əks olunub.

ABŞ qərəzli addımlarından niyə əl çəkmir?
 

MÖVZU İLƏ BAĞLI:

XİN: ABŞ qərəzsizdirsə, Ermənistanın törətdiyi cinayətlərin araşdırılmasını tələb etməlidir


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu bildirib ki, ABŞ müxtəlif amillər, insan hüquqları, demokratikləşmə prosesi ilə bağlı məqamlar üzərindən ayrı-ayrı ölkələrə hər zaman hücumlar təşkil edib və etməkdə davam edir:

“Burada aşkar paradoksallıq mövcuddur. ABŞ-a müttəfiq olan elə ölkələr var ki, orada insan hüquqları barədə danışmağa ümumiyyətlə heç bir əsas yoxdur. Lakin buna baxmayaraq, Vaşinqton bir dəfə də olsun həmin ölkədə insan hüquqlarının pozulması, demokratiya ilə bağlı heç bir mövqe bildirməyib”. 

E.Mirbəşiroğlu qeyd edib ki, burada ikili standartlarlar siyasəti aşkar şəkildə göz önündədir:

“Ermənistanda Paşinyan hakimiyyətə gələn ilk gündən siyasi rəqiblərinə sözün əsl mənasında divan tutub. Lakin buna baxmayaraq, Ağ Ev bir dəfə də olsun Ermənsitanı insan hüquqlarını, demokratik prinsipləri pozmaqda günahlandırmayıb”. 

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycana qarşı ABŞ-ın bu hücumlarının səbəbi ölkəmizin milli maraqlar çərçivəsində müstəqil siyasət yürütməsilə bağlıdır: 

“Azərbaycan kiminsə geosiyasi ambisiyalarına xidmət etmir. Öz gücü və iradəsilə haqlı mövqelərini bərpa, əraziləri işğaldan azad edib. Öz ərazisində separatizmin kökünü kəsib. ABŞ münaqişəni özü aradan qaldırdığına görə, Azərbaycana təşəkkür etmək əvəzinə, ona qarşı əsassız hücumlara keçir. 

Bütün bunlar göstərir ki, Qərb insan hüquqları, demokratiya kimi amillərdən özlərinin marginal məqsədləri üçün istifadə edir. Zaman-zaman müxtəlif ölkələr üzərinə həmin amillərdən yapışaraq hücum təşkil etməklə də onlara təsir etmək, mövqelərini dəyişdirməyə, özlərinə münasibətdə daha loyal etməyə çalışırlar. Azərbaycan isə hər zaman öz maraqlarını əsas tutur. Səbəb də budur”. 

“Bunlar köhnəlmiş silahlardır”

Həmsöhbətimiz deyir ki, ABŞ və Qərb institutlarının insan hüquqları, demokratiya amilləri üzərindən əvvəlki təxribat xarakterli davranışları artıq əhəmiyyətini itirib:

“Bunlar artıq köhnəlmiş silahlardır. Bu silahlarla Azərbaycan kimi bir dövlətin mövqeyinə təsir etmək mümkün deyil. Azərbaycan fərqli, obrazını keyfiyyətcə yeniləmiş bir Azərbaycandır. Azərbaycanın təsir imkanları var. Ona görə də ölkəmizə sözügedən amillər üzərindən irad bildirilməsi başlanğıcdan fiaskoya düçar olan cəhdlərdir”.     

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO