İlham Əliyev: “Azərbaycan və Rusiya arasında Hökumətlərarası Komissiya uğurla fəaliyyət göstərir”

İlham Əliyev: “Azərbaycan və Rusiya arasında Hökumətlərarası Komissiya uğurla fəaliyyət göstərir”

Hazırda oxunan: İlham Əliyev: “Azərbaycan və Rusiya arasında Hökumətlərarası Komissiya uğurla fəaliyyət göstərir”

213885

“Ötən ay Rusiya Federasiyası Prezidentinin ikitərəfli münasibətlərimizin bütün sahələrdə inkişafına çox böyük təkan verən dövlət səfəri oldu. Sizə də məlumdur ki, qanunvericilərimiz arasında fəal parlamentlərarası əlaqələr mövcuddur. Hökumətlərarası Komissiya uğurla fəaliyyət göstərir, humanitar əməkdaşlıq fəal inkişaf edir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski ilə görüşü zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Rusiya Prezidentinin səfəri çərçivəsində bütün bunlar və bir çox digər məsələlər müzakirə olunub: “Biz münasibətlərimizin ardıcıl, dinamik xarakterini bir daha məmnunluqla qeyd etdik. Əlbəttə, ölkələrimizin siyasi qüvvələrinin partiyalararası əlaqələri də qarşılıqlı fəaliyyətin mühüm amilidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO