Prezident: Ölkəmizdə müxtəlif mədəniyyətlərin və etiqadların nümayəndələri bir ailə kimi yaşayıblar

Prezident: Ölkəmizdə müxtəlif mədəniyyətlərin və etiqadların nümayəndələri bir ailə kimi yaşayıblar

Hazırda oxunan: Prezident: Ölkəmizdə müxtəlif mədəniyyətlərin və etiqadların nümayəndələri bir ailə kimi yaşayıblar

213842

Şərqlə Qərbin qovuşuğunda körpü rolunu oynayan Azərbaycan uzun əsrlərdən bəri xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin mövcud olduğu və etnik-mədəni rəngarəngliyin, yüksək multikultural dəyərlərin qorunub saxlandığı nadir məkanlardandır. Burada tarix boyu ən müxtəlif mədəniyyətlərin və etiqadların nümayəndələri ayrı-seçkiliyə məruz qalmadan həmişə sülh, mehriban qonşuluq, qarşılıqlı etimad və hörmət şəraitində bir ailə kimi yaşamışlar.

Bizim.Media xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin yəhudi xalqının milli yeni il bayramı – Roş ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasına ünvanladığı təbrik məktubunda yer alıb.
 

Dövlətimizin başçısı qeyd edib ki, bu gün də nümunəvi tolerantlıq mühitinin hökm sürdüyü ölkəmizdə etnik və dini azlıqların, o cümlədən yəhudi icmasının öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanaraq adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaları üçün geniş imkanlar mövcuddur.


“Xüsusi vurğulamaq istəyirəm ki, cəmiyyətimizin ayrılmaz hissəsi və bərabərhüquqlu üzvü olaraq yəhudiəsilli vətəndaşlarımız Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması işinə töhfələr verir, hazırda böyük tərəqqi və sürətli inkişaf mərhələsini yaşayan respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edirlər”, - deyə Prezident İlham Əliyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO