Prezident:"Heç vaxt o torpaqlarda yaşamayanlar bu gün Qarabağa qayıdırlar"

Prezident:"Heç vaxt o torpaqlarda yaşamayanlar bu gün Qarabağa qayıdırlar"

Hazırda oxunan: Prezident:"Heç vaxt o torpaqlarda yaşamayanlar bu gün Qarabağa qayıdırlar"

213835

Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında bildirib.
 

“O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, əslində, bu proqram artıq icra edilir. 


"Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik", - deyə Prezident əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO