Qaragöl anlaşması olubmu? – Politoloqdan ilginc AÇIQLAMA

Qaragöl anlaşması olubmu? – Politoloqdan ilginc AÇIQLAMA

Hazırda oxunan: Qaragöl anlaşması olubmu? – Politoloqdan ilginc AÇIQLAMA

21377

Bəzi mənbələrdə qeyri –rəsmi olaraq son günlər Qaragöl ətrafında  baş verən hadisələrlə bağlı Azərbaycan, Ermənistan və Rusiyanın yaranan narazılıqla bağlı şifahi razılaşmaya gəldikləri iddia olunur. Hətta üçtərəfli razılaşmanın ilkin detalları yayılıb. Mənbələrdə yer alan məlumatlara əsasən guya razılaşmada 4 müddəa yer alır. 

Şərtlərə görə ermənilərin 2 həftə ərzində Qarabağdaki bütün erməni silahlıları çıxaracağı, Qırmızıbazar-Şuşa yolu Azərbaycan ordusunun nəzarətinə veriləcəyi, Qazağın kəndləri və Naxçıvanın Kərki kəndi erməni işğalından azad ediləcəyi və Zəngəzur bölgəsindən nəqliyyat dəhlizinin açılmasına icazə veriləcəyi qeyd olunur. 

Qeyd edək ki, bu barədə heç bir rəsmi məlumat yoxdur. 

Məsələni politoloq Cümşüd Nuriyevlə müzakirə etdik. Siyasi ekspert Bizim.Media açılamasında bildirib ki, bu sadalanan şərtlərin bir çoxu 9 noyabr üçtərəfli sülh bəyannaməsində öz əksini tapıb.

Lakin müddətin bitməsinə baxmayaraq, ermənilər min bir bəhanə ilə hələ ki, bu müddəaları yerinə yetirməkdən boyun qaçırırlar.

“Zəngəzür dəhlizinin açılması isə konkret olaraq 11 yanvar bəyanatında bilavasitə ətraflı öz əksini tapıb. O ki qaldı bu müzakirələrə, Qaragöl 1987-ci il noyabr ayında Azərbaycanın dövlət qoruğu elan olunub. Bu barədə Azərbaycan Nazirlər Kabinetinin də qərarı var. Yəni bu o deməkdir ki, bölgə Azərbaycan ərazisi olduğuna görə, qərarı da biz veririk. Burada Ermənistanın adı keçmədiyinə görə, ondan ümumiyyətlə, söhbət gedə bilməz. Dövlət Sərhəd xidməti də öz işini görərək GPS vasitəsilə sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirir”.

C.Nuriyev qeyd edib ki, bu yayılan xəbərlər isə dezinformasiyadır. Onun fikrincə, bu biçimdə xəbərlərin yayılması bədxah qonşularımızın təxribatından başqa bir şey deyil.

“Belə bir məsələni bu şəkildə gündəmə gətirmək  ancaq erməni təxribatı ola bilər.Ermənistanın həm müxalifət, həm də iqtidar qüvvələri çalışır ki, bu məsələdən siyasi predmet kimi istifadə etsin. Bu da ermənilərdən gözlənilən bir şeydir. Rəsmi olaraq belə bir razılaşma yoxdur. Əgər həqiqətəndə bu cür məsələ olsa idi,  Azərbaycan höküməti rəsmi məlumat verərdi. Lakin bu məqamda bir ehtimalı da qeyd edək ki, daxildəki bəzi qüvvələr, daha doğrusu 5-ci kalonun nümayəndələri ölkədəki sakitlikdən çox narahatdırlar. Bu məsələdə onların izinin olması da mümkündür”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO