Azərbaycan düşmənçilik səhifəsini bağlayıb - Ceyhun Bayramov

Azərbaycan düşmənçilik səhifəsini bağlayıb - Ceyhun Bayramov

Hazırda oxunan: Azərbaycan düşmənçilik səhifəsini bağlayıb - Ceyhun Bayramov

213629

“Ermənistanla silahlı münaqişənin başa çatması və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası Cənubi Qafqazda yeni mühit formalaşdırıb”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının 79-cu sessiyasında çıxışı zamanı deyib. 

O bildirib ki, hərbi işğala son qoymaqla Azərbaycan düşmənçilik səhifəsini bağlayıb, mehriban qonşuluq münasibətlərinə başlamağa şərait yaradıb. 

“Azərbaycan siyasi müdriklik və iradə nümayiş etdirərək Ermənistanla bərabər şərtlərdə, qarşılıqlı tanıma və bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərini ehtiva edən beynəlxalq hüquq və prinsiplərə tam uyğun sülh təklif edib. Son bir il ərzində Azərbaycan və Ermənistan birbaşa ikitərəfli danışıqlar yolu ilə normallaşma prosesində, xüsusən də dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli saziş layihəsinin hazırlanması, etimadın möhkəmləndirilməsi üzrə tədbirlər kompleksinin hazırlanması ilə bağlı mühüm irəliləyişlər əldə ediblər. 

Azərbaycan təkcə öz milli təhlükəsizliyi və rifahı üçün deyil, həm də bütün regionun daha yaxşı gələcəyi üçün güclü məsuliyyət hissi ilə hərəkət edərək bu prosesi irəli aparmağa davam edəcək”,- deyə xarici işlər naziri bildirib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO