Ceyhun Bayramov: “2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik”

Ceyhun Bayramov: “2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik”

Hazırda oxunan: Ceyhun Bayramov: “2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik”

213626

“Azərbaycan hər zaman beynəlxalq sülh və təhlükəsizliyin, konfessiyalar və mədəniyyətlər arası dialoqun təşviq edilməsində, 2030 Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verilməsində və qlobal həmrəylik və çoxtərəfliliyin gücləndirilməsində ön sırada yer alıb”.

Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

Nazir bildirib ki, 2019-2023-cü illər ərzində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Hərəkatın yüksələn rolu və beynəlxalq əlaqələrdə əməkdaşlıq ruhunu artırıb. “Çoxtərəfliliyin eroziyaya uğradığı bir vaxtda Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin uzaqgörən liderliyi altında beynəlxalq həmrəyliyin gücləndirilməsi və qlobal çağırışlara qarşı kollektiv həll yollarının təşviqi istiqamətində qətiyyətli addımlar atılıb.

“Heç kəsi geridə qoymamaq” kimi nəcib çağırışı rəhbər tutan Azərbaycan ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə dəstəyini davam etdirir. Biz 2020-ci ildən bəri 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları dəyərində humanitar, iqtisadi və texniki dəstək göstərmişik”, - deyə Ceyhun Bayramov bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO