Ukraynalı yazıçı: “Sizin qələbənizlə, mədəni dirçəlişinizlə fəxr edirik”

Ukraynalı yazıçı: “Sizin qələbənizlə, mədəni dirçəlişinizlə fəxr edirik”

Hazırda oxunan: Ukraynalı yazıçı: “Sizin qələbənizlə, mədəni dirçəlişinizlə fəxr edirik”

21362

Uzun fasilədən sonra bu il keçirilən “Xarıbülbül” musiqi festivalı Azərbaycan şəhidlərinin nurlu xatirəsinə həsr edilib. Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, qədim Qarabağ torpağından, məşhur Şuşa şəhərindən bütün dünyaya mesaj göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində ukraynalı yazıçı, ictimai xadim Lesya Mudrak bildirib.

O qeyd edib ki, “Xarıbülbül” festivalı – qürur, ləyaqət, bəxtəvərlik bayramıdır.

Lesya Mudrak əlavə edərək deyib: “Ukrayna xalqı özünün dini, milli, mənəvi köklərinə bağlılığı ilə tanınan azərbaycanlılardan örnək götürməlidir. Əks təqdirdə işğala son qoyulmasına heç vaxt nail oluna bilinməzdi. Biz ukraynalı dostlar sizin sevincinizə şərikik, sizin qələbənizlə, mədəni dirçəlişinizlə fəxr edirik və ümidvarıq ki, nə vaxtsa bizim ölkəmizdə də həmrəylik və xatirə festivalı keçiriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO