Azərbaycan və BMT arasında əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO

Azərbaycan və BMT arasında əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycan və BMT arasında əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO

213488

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT Baş katibinin müavini və ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə ali nümayəndəsi Rabab Fatiməilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-nin rəsmi “X” hesabında paylaşım edilib.

Qeyd edilib ki, tərəflər Azərbaycanın COP29-da sədrliyi çərçivəsində BMT ilə əməkdaşlığını müzakirə edib.

Görüşdə Azərbaycanın COP29-a sədrliyi ilə az inkişaf etmiş ölkələrin, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqtisadi, sosial, mədəni və humanitar problemlərinin həllinin təşviqinə yönəlmiş təşəbbüsləri qeyd olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO