“Mən İsraildən olan “ARİ-ARMS” şirkətini təmsil edirəm və biz burada olmaqdan şadıq. “Azərsilah” ilə birgə əməkdaşlığımıza dair sənəd imzalamaqdan çox məmnunuq”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında İsrailin müdafiə sənayesi sahəsindəki “ARİ-ARMS” şirkətinin əməkdaşı Oren Ankonina deyib.
Bakı Ekspo Mərkəzində keçirilən, regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisinə qatılan “ARİ-ARMS” şirkətini “Azərsilah” ilə də əməkdaşlığa dair müqavilə imzalayıb.
Azərbaycan hərbi sənayəsinin hər keçən gün inkişaf etdiyini deyən Ankonina növbəti əməkdaşlığın yeni uğurlar gətirəcəyinə diqqət çəkib.
“Bu əlaqələr hər iki ölkə - İsrail və Azərbaycan üçün müsbət nəticələr vəd edir. Biz burada layihəmizə başlamağa hazırıq və bunu səbrsizliklə gözləyirik. Azərbaycan hərbi sənayesi inkişaf edir və onun gələcəyini çox gözəl görürük”, - deyə O.Ankonina deyib.
Qeyd edək ki, 12 İsrail şirkəti müdafiə və daxili təhlükəsizlik sahəsində ən son texnologiyaları nümayiş etdirmək üçün “ADEX” də iştirak edir.
Tehran Orucoğlu, Bizim.Media