Azərbaycan Serbiya ilə yeni sənəd imzaladı

Azərbaycan Serbiya ilə yeni sənəd imzaladı

Hazırda oxunan: Azərbaycan Serbiya ilə yeni sənəd imzaladı

213297

İkitərəfli enerji əməkdaşlığının inkişafı məqsədilə Belqradda səfərdə olan energetika naziri Pərviz Şahbazov ilə Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç arasında görüş olub.

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafında Azərbaycan və Serbiya dövlət başçılarının dostluq əlaqələrinin mühüm rolu vurğulanıb. Bolqarıstan-Serbiya İnterkonnektoru vasitəsilə Azərbaycan qazının Serbiyaya tədarükündən məmnunluq ifadə edilib və enerji tərəfdaşlığının “yaşıl enerji” sahəsində genişləndirilməsi perspektivləri dəyərləndirilib.

Məlumata görə, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsi kontekstində Azərbaycan ilə Serbiya arasında “yaşıl enerji” sahəsində infrastruktur layihələrinin reallaşdırılması və elektrik enerjisinin ticarəti məqsədilə əməkdaşlığa maraq ifadə edilib. Söhbət zamanı Serbiyada qazın saxlama imkanları və qazla işləyən elektrik stansiyasının inşasında SOCAR-ın potensial iştirakı məsələləri də müzakirə edilib. Enerji əməkdaşlığının gündəliyində olan bütün bu məsələlər üzrə İşçi Qrupunun yaradılması razılaşdırılıb. Həmçinin COP29 Sədrliyinin enerji təşəbbüsləri və Enerji Günü çərçivəsində keçirilən tədbirlərdə iştirakla bağlı fikir mübadiləsi aparılıb.

Yekunda SOCAR və “Srbijagas” arasında qaz təchizatı üzrə alqı-satqı müqaviləsi və “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Yeni qaz müqaviləsi 1 noyabr 2024-cü il - 1 aprel 2025-ci il tarixləri arasında əlavə gündəlik 1 milyon kubmetr qazın təchizatını nəzərdə tutur. Anlaşma Memorandumu isə bərpa olunan enerjinin və “yaşıl hidrogen”in istehsalı - ticarəti, birgə təşəbbüs və layihələr üzrə əməkdaşlığı təşviq edir. Sənədə əsasən, bərpa olunan enerji sahəsinə qarşılıqlı investisiya, yeni “yaşıl texnologiya”ların tətbiqi, karbon tutma, utilizasiya və saxlama, elektromobillik, enerji saxlancı və “yaşıl maliyyə”ləşdirmə istiqamətlərində əməkdaşlıq ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO