Naxçıvan Ali Məclisinə sədr seçə bilmədilər: Namizəd dəstəklənmədi - FOTO

Naxçıvan Ali Məclisinə sədr seçə bilmədilər: Namizəd dəstəklənmədi - FOTO

Hazırda oxunan: Naxçıvan Ali Məclisinə sədr seçə bilmədilər: Namizəd dəstəklənmədi - FOTO

213255

Xəbər verdiyimiz kimi, sentyabrın 26-da VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib.

Bizim.Media xəbər verir ki, ilk iclası Ali Məclisin ən qocaman deputatı Ramiz Məmmədov aparıb.

İclasda Ali Məclis sədrinin seçilməsi məsələsinə baxılıb.

Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənmədiyi üçün sədr müavinlərinin seçilməsi məsələsinin müzakirəsinə başlanılıb.

Ali Məclisin sədri seçilmədiyindən təklif üçün söz deputatlara verilib.

Deputatlar təkliflər irəli sürüb.

Qeyd edək ki, səsvermə nəticəsində Məmmədov Bəxtiyar İbrahim oğlu Ali Məclis sədrinin I müavini, Abdullayev Arzu Kamal oğlu Ali Məclis sədrinin müavini seçilib.

Bununla da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası başa çatıb.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO