İsrail və Azərbaycan müdafiə sənayesində hansı yeniliklərə imza atacaqlar? – Səfirdən EKSKLÜZİV AÇIQLAMA – FOTO

İsrail və Azərbaycan müdafiə sənayesində hansı yeniliklərə imza atacaqlar? – Səfirdən EKSKLÜZİV AÇIQLAMA – FOTO

Hazırda oxunan: İsrail və Azərbaycan müdafiə sənayesində hansı yeniliklərə imza atacaqlar? – Səfirdən EKSKLÜZİV AÇIQLAMA – FOTO

213222

“Biz son iki gün ərzində “ADEX” sərgisində olmuşuq və dünyanın hər yerindən çoxlu şirkətlərin sərgidə iştirak etmək üçün buraya gəldiyini görmək çox xoşdur”.

Bu fikirləri Bizim.Media-ya özəl açıqlamasında İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

Bakıda Bakı Ekspo Mərkəzində keçirilən, regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisinə qatılan səfir, 12 İsrail şirkətinin sərgidə iştirak etdiyini deyib:


“Burada 12 İsrail şirkətinin müdafiə və daxili təhlükəsizlik sahəsində ən son texnologiyaları nümayiş etdirmək üçün gəldiyini görmək israillilər olaraq bizə böyük qürur verir. Bu şirkətlərdən əksəriyyəti artıq Azərbaycanda fəaliyyət göstərir, ona görə də biz əməkdaşlığın artmaqda və inkişaf etməkdə davam etdiyini, eləcə də yeni əməkdaşlıqların yarandığını görməkdən məmnunuq. İndi İsrailin iki şirkəti Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə daha dərin əməkdaşlıq yaratmaq, hətta bu ölkədə istehsal üçün müəssisələr açmaq üçün müqavilələr imzalayıb”, - deyə İsrailin Azərbaycandakı səfiri qeyd edib.

İsrailin Azərbaycanla əməkdaşlığa önəm verdiyini qeyd edən səfir, bundan sonra da münasibətlərin inkişaf edəcəyini qeyd edib:


“Biz münasibətlərimizlə çox fəxr edirik və bu, boşuna deyil. İsrail və Azərbaycan bütövlükdə müdafiə və təhlükəsizlik sahəsində də strateji tərəfdaşdırlar. Buna görə də, bu əlaqələr son bir neçə ildə daha da güclənir və dərinləşir. Son bir neçə ayda da bu proses davam edir. Təbii ki, bu gün “ADEX”də biz bunun kuliminasiya nöqtəsini görürük. Ona görə də bu əməkdaşlığın, dostluğun müdafiə sahəsində də artmaqda davam etməsi bizə böyük sevinc bəxş edir. İnşallah əməkdaşlığımızın bundan sonra da böyüməsini, daha böyük və məhsuldar olmasını arzu edirik”, - deyə səfir bildirib.


Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO