XX əsrin sonlarında Sovetlər İttifaqının süquta uğramasından sonra, dünya siyasi arxitekturasının formalaşdığının müşahidə olunduğu bir zamanda mürəkkəb geosiyasi vəziyyətin gətirdiyi yanaşmalar hər bir ölkədə yeni siyasi münasibətlərin tənzimlənməsini zəruri edirdi. 1990-cı ilin əvvəlində Azərbaycanın siyasi və iqtisadi transformasiya prosesi hakimiyyətlə vətəndaş cəmiyyəti arasındakı münasibətlə bağlı problemlərin artmasına səbəb olurdu.
Bu münasibətlərin xüsusiyyətləri bilavasitə ölkədaxili sabitliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının, sağlam siyasi dialoqun dərk edilməsiilə bağlı idi, çünki bunlara hörmət edilmədən demokratik siyasi sistem mövcud ola bilməzdi.
1993-cü ilin iyun ayında Azərbaycanda vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi fonunda qədirbilən xalqımızÜmummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi tələbini irəli sürdü və ölkənin o zamankı rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur qaldı. Beləliklə, 15 iyun 1993-cü il tarixində Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
Ulu Öndər Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq qanunun aliliyinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verilirdi.Heydər Əliyevin Ali Sovetə rəhbərlik etdiyi dövrdə Azərbaycanda parlamentarizm ənənələriyeni nəfəs, yeniqüvvə aldı. Ulu Öndər qısa müddətdə Parlamentin ruhunukökündən dəyişdi, sağlam siyasi mühit formalaşdırmağı bacardı, Milli Məclisə siyasi mədəniyyət gətirdi.
O zamankı mövcud vəziyyət, əlbəttə ki, insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının milli qanunvericilik sisteminin inkişafı konsepsiyasının hazırlanmasını diktə edirdi. Beləliklə, Heydər Əliyev demokratik düşüncə və dəyərlərə öz sadiqliyini nümayiş etdirərək 1995-ci ilin 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması ilə yanaşı, eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisinə birinci çağırış seçkilərin keçirilməsinə nail oldu.
Məhz 1995-ci ildən etibarən Azərbaycan Parlamenti ölkənin siyasi arxitekturasının tamamlanması işinə öz fəaliyyəti ilə əməli töhfələrini verməyə başladı. Keçən müddət ərzində Milli Məclis tərəfindən qəbul olunmuş və Azərbaycan Prezident tərəfindən təsdqilənmiş Azərbaycan Respublikasının Qanun layihələri bilavasitə ölkə əhalisinin siyasi dayanıqlılığına təkan verərək siyasi dialoqun təşviqini, milli birliyimizi, xalqımızın vəhdətini və dövlətimizin müstəqilliyinin qorunmasını ehtiva edib.
28 iyun 2024-cü il tarixində isə Prezident İlham Əliyev ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan, ölkə tarixində ilk dəfə olaraq suveren Azərbaycan ərazilərində növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar verdi.
Bu gün artıq xalqın iradəsi ilə formalaşmış Yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi öz işinə başlamağa hazırlaşır. 23 sentyabr tarixindəsuveren Azərbaycanın yeni Parlamentinin keçirilən ilk iclası zamanı Prezident İlham Əliyev çıxış edərək, ölkə qarşısında duran vəzifələri xüsusi vurğuladı, bir sıra iqtisadi, sosial, siyasi aspektlərə toxunmaqla, eyni zamanda Milli Məclis üçün də yeni yol xəritəsini təqdim etdi.
Ölkə başçısının “Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər” sözləri Azərbaycan dövlətinin, xalqımızın qarşıda duran vəzifələrə nail olunmasında bir addım belə geri çəkilməyəcəyini bir daha ortaya qoydu.
Əminliklə deyə bilərik ki, ölkənin davamlı inkişafının təmin olunması istiqamətində aparılan islahatların siyasi konfiqurasiyasını təşkil edən Milli Məclis formalaşmış sağlam siyasi mühit və dialoqun, azərbaycançılıq ideologiyasının qorunması üçün bundan sonra da töhfələrini əsirgəməyəcək.
Məzahir Əfəndiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
- A-
- A
- A+
Siyasət
10:03 / 26.09.2024
Suveren Azərbaycanın yeni Parlamenti – ŞƏRH
Hazırda oxunan: Suveren Azərbaycanın yeni Parlamenti – ŞƏRH
Hazırda oxunan: Suveren Azərbaycanın yeni Parlamenti – ŞƏRH
213210
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.