Müdafiə sənayemizin inkişafında MÜHÜM YENİLİKLƏR – Nazir müşavirindən ÖZƏL AÇIQLAMA – FOTO

Müdafiə sənayemizin inkişafında MÜHÜM YENİLİKLƏR – Nazir müşavirindən ÖZƏL AÇIQLAMA – FOTO

Hazırda oxunan: Müdafiə sənayemizin inkişafında MÜHÜM YENİLİKLƏR – Nazir müşavirindən ÖZƏL AÇIQLAMA – FOTO

213209

“40 ölkədən 218 şirkət və 27 ölkədən isə 53 nümayəndə heyəti ADEX sərgisində iştirak edir. Bu sərgilərin özəlliyi bundan ibarətdir ki, burada yeni əməkdaşlıq əlaqələri qurulur”.

Bu fikirləri Bizim.Media-ya özəl açıqlamasında Azərbaycan Müdafiə Sənayesi nazirinin müşaviri Arif Babayev deyib.
 

Bakıda Bakı Ekspo Mərkəzində keçirilən, regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi barədə məlumat verən Arif Babayev qeyd edib ki, sərgidə hərbi texniki sahədə əməkdaşlıq perspektivləri müzakirə olunur, müqavilələr imzalanır.




“Ən mühüm üstünlük ondadır ki, dünyanın aparıcı şirkətləri burada hərbi məhsullarını nümayiş etdirməyə nail olurlar. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi çox geniş əməkdaşlıq əlaqələrinə malikdir. Burada ilk dəfə nümayiş etdirdiyimiz hərbi məhsullar yer alır. Sırf Azərbaycan mühəndislərinin istehsal etdiyi məhsulları da görə bilərsiniz”, - deyə A.Babayev deyib.

Xarici şirkətlərin hərbi sahədə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğuna toxunan nazir müşaviri, yeni müqavilələrin imzalandığına da diqqət çəkib:


“Türkiyə dost, qardaş və müttəfiq ölkə olduğundan bizim əlaqələrimiz daha genişdir. Bu əlaqələr bundan sonra da daha da inkişaf edəcək. Aparıcı müdafiə sənayesi şirkətləri Azərbaycanla əməkdaşlıqda çox maraqlıdırlar. Nazirimizin iki gün ərzində keçirdiyi görüşlər bunu göstərir”, - deyə A.Babayev əlavə edib.





Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO