XİN rəsmisi: “Bölgəni tərk etmək erməni sakinlərin öz seçimi olub” - FOTO

XİN rəsmisi: “Bölgəni tərk etmək erməni sakinlərin öz seçimi olub” - FOTO

Hazırda oxunan: XİN rəsmisi: “Bölgəni tərk etmək erməni sakinlərin öz seçimi olub” - FOTO

213148

“Bir il əvvəl Azərbaycan Ermənistanın Qarabağ bölgəsindəki qeyri-qanuni hərbi mövcudluğuna və onun separatçı rejiminin varlığına son qoydu. Odur ki, “Dağlıq Qarabağ” adlı heç bir bölgə və ya qurum mövcud deyil".

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə rəsmi “X” hesabında Almaniya XİN-nin başçısı Annalena Berboka cavabında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Almaniya və Ermənistan XİN başçıları Azərbaycanla sülh prosesini müzakirə etdilər


XİN rəsmisi qeyd edib ki, münaqişə 30 il əvvəl Ermənistanın hərbi təcavüzü və azərbaycanlılara qarşı etnik təmizləmə aparması nəticəsində başlayıb:

“Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra münaqişə başa çatıb. Bölgəni tərk etmək erməni sakinlərin öz seçimi olub və Azərbaycan tərəfi onları fikirdən çəkindirməyə çalışıb.

Bəli,artıq sülh vaxtıdır və ümid edirəm ki, Ermənistan Azərbaycanın xoş niyyətinə cavab verəcək, qonşu dövlətlərin ərazisinə olan iddialarından sadəcə sözdə deyil, həm də əməldə əl çəkəcək”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO