ABŞ-ın erməni sevgisi yenidən ALOVLANDI – Ölkəmizə qarşı növbəti təxribatın PƏRDƏARXASI

ABŞ-ın erməni sevgisi yenidən ALOVLANDI – Ölkəmizə qarşı növbəti təxribatın PƏRDƏARXASI

Hazırda oxunan: ABŞ-ın erməni sevgisi yenidən ALOVLANDI – Ölkəmizə qarşı növbəti təxribatın PƏRDƏARXASI

213105

Son zamanlar ABŞ-da anti-Azərbaycan mövqeyi daha da gücləndirib. ABŞ konqresi Azərbaycana qarşı növbəti təxribata əl ataraq, tarixə qovuşmuş qondarma rejimi diriltmək oyununa baş vurub. 

Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatasına "Artsax Gəlirlərinin Bərpası Aktı" adlı qanun layihəsi təqdim edilib. Qanun layihənin müəllifi, Kaliforniyadan olan konqresmen Adam Şiffdir.

Qanun layihəsində Qarabağın işğalı zamanı o ərazilərdə yaşayan ermənilərə maddi kompensasiyaların verilməsindən bəhs olunur. Bu baş verməyəcəyi təqdirdə isə Azərbaycana qarşı sanksiyaların tətbiq olunması məsələsi ortaya atılıb.

Layihənin müəllifi kimdir?
 

MÖVZU İLƏ BAĞLI:

Ermənipərəst Adam Şiffin anti-Azərbaycan qanun layihəsini qətiyyətlə pisləyirik - BƏYANAT


Əvvəla onu qeyd edək ki, Adam Şiff Kaliforniya ştatından seçilmiş nümayəndədir. Kaliforniya isə ABŞ-da erməni lobbisinin qalası hesab olunur. Bundan əlavə, 42 gün sonra ABŞ Konqresinə seçkilər keçiriləcək. Yəni Adam Şiff seçkilərdə erməni lobbisindən dəstək almaq üçün bu çirkin metoda baş vurub.

Digər tərəfdən, bu, Adam Şiffin ilk belə “xidməti” deyil. O, erməni sevdasına görə mükafatlara da layiq görülüb. Belə ki, Şiff 2011-ci ildə “erməni-amerikan dostluq əlaqələrinin möhkəmlənməsinə və inkişafına, həmçinin erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasına mühüm töhfəyə görə” Mxitar Qoş medalı, 2021-ci ildə isə “Dostluq” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, 2024-cü il “Artsax Gəlirlərinin Bərpası Aktı” Frenk Pallone, Anna Eşu, Qeyb Amo, Coys Bitti, Cim Kosta, Coş Qotthaymer, Daq LaMalfa, Set Maqaziner, Ceyms Makqovern, Qreys Menq, Kevin Mallin, Qreys Napolitano, Eleanora Holms Norton, Yan Şakovski, Linda Sançez, Bred Şerman, Dina Titus və Lori Traxan kimi ermənipərəst konqresmenlər tərəfindən də dəstəklənir.

Bu təxribat nəyə hesablanıb?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, belə addımların atılması sülh müqaviləsinin imzalanmasının qarşısını almağa hesablanıb:


“Çünki belə addımlar atılanda sülh müqaviləsi imzalanmır. Bu da onu göstərir ki, Ermənistan və onun havadarlarının sülh müqaviləsi imzalamaq niyyətləri yoxdur. Onların niyyəti vaxt udmaqdır. O vaxta qədər ki, Ermənistanı əməlli başlı silahlandırıb, 5-ci nəsil silahlarla təmin etsinlər. Buna görə revanşizmi də gücləndirirlər”. 

“Ermənistanı növbəti təxribatlara hazırlayırlar”

Deputat qeyd edir ki, son zamanlar Ermənistana himayədarlıq edən dövlətlər kordinasiya olunmuş şəkildə Azərbaycana qarşı hərəkətə keçiblər: 

“Fransa, Yunanıstan, Kipr Ermənistanı silahlandırır. Ermənistana ABŞ-dan 250 milyon dollarlıq vəsait daxil olur. Aİ isə İrəvana 2,6 milyard avroluq vəsait ayırır. Bu reallıq fonunda Ermənistan baş naziri sülhdən danışır, 80 faiz məsələnin həllini tapdığını deyir. 

İrəvan bu yolla qalan 20 faiz məsələni gələcək nəsillərə saxlamaqla, onunla bağlı məsələlərin müzakirəsi üçün gələcəkdə ATƏT-in Minsk qrupunu dəvət etmək istəyir. Bu da gələcək münaqişənin altına qoyulmuş mina effekti yaradır. Azərbaycan dəfələrlə qeyd edib ki, Ermənistan ölkəmizə qarşı ərazi iddialarından imtina edərək, konstitusiyasında dəyişiklik etməli, ATƏT-in Minsk qrupu buraxılmalı, Ermənistanda revanşizmə son qoyulmalıdır. 

Qərb isə Ermənistanda revanşizmi şirnikləndirir, onu ən müasir silahlarla silahlandırır ki, İrəvan Azərbaycana qarşı konkret hərbi avantüraya keçsin. Ermənistanı məhz buna hazırlayırlar. Amma yanılırlar. Azərbaycan güclü dövlətdir. Dəmir Yumruğa çevrilmiş xalqımız, şanlı Ordumuz var. Bu reallıq fonunda heç kim ölkəmizlə diktə dililə danışa bilməz”. 

Layihənin mahiyyəti nədir?

Deputatın fikrincə, Kaliforniya ştatından seçilən ermənipərəst konqresmen Adam Şiffin irəli sürdüyü “Artsaxın gəlirlərinin bərpası aktı”nın mahiyyəti odur ki, guya Azərbaycan Qarabağı işğal edərək orada etnik təmizləmə siyasəti apardığından “Artsaxın gəlirlərinin bərpası agentliyi” yaradılmalıdır: 

“Azərbaycanlıların ABŞ-dakı aktivləri də həmin fonda köçürülməli və Qarabağa yenidən ermənilərin qayıdışı bərpa edilməlidir. Buna görə Azərbaycan onların fikrincə, təzminat da ödəməlidir. Azərbaycan Qarabağdan erməniləri qovmayıb, könüllü gediblər. Onların Qarabağa qayıdışı reallaşacağı təqdirdə 300 minə qədər Qərbi azərbaycanlının da Ermənistana qayıdışı baş verməlidir. Ermənilərin birtərəfli qaydada Qarabağa qayıdışından söhbət belə gedə bilməz”.

Rüfət Sultan, Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO