BMT Baş Assambleyasında əsas debatlar başladı - Ceyhun Bayramov sentyabrın 28-də çıxış edəcək

BMT Baş Assambleyasında əsas debatlar başladı - Ceyhun Bayramov sentyabrın 28-də çıxış edəcək

Hazırda oxunan: BMT Baş Assambleyasında əsas debatlar başladı - Ceyhun Bayramov sentyabrın 28-də çıxış edəcək

212974

Bu gün BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində əsas debatlar başlayıb. 

Bizim.Media xəbər verir ki, bu ilki debatlar “Heç kəsi geridə qoymamaq: İndiki və gələcək nəsillər üçün sülh, dayanıqlı inkişaf və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək” mövzusunda təşkil olunub. 

Yüksək səviyyəli müzakirələr Baş Assambleyanın Prezidenti Filemon Yanqın və BMT Baş Katibi Antonio Quterreşin açılış nitqi ilə başlayıb. Daha sonra Braziliya, ABŞ və Türkiyə prezidentləri çıxış edəcək. Bu, Cozef Baydenin Prezident kimi BMT-də sonuncu çıxışı olacaq.

Azərbaycanı əsas debatlarda xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Onun çıxışı sentyabrın 28-nə nəzərdə tutulub.

Debatlar sentyabrın 30-da yekunlaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO