Hikmət Hacıyev Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə nəyi MÜZAKİRƏ EDİB?

Hikmət Hacıyev Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə nəyi MÜZAKİRƏ EDİB?

Hazırda oxunan: Hikmət Hacıyev Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə nəyi MÜZAKİRƏ EDİB?

212930

Sentyabrın 23-də Bakıda Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini M.Boqdanov Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ətraflı söhbət zamanı qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında konfidensial fikir mübadiləsi aparılıb. Fələstin-İsrail münaqişəsi zonasında və Livanın cənubunda hərbi-siyasi vəziyyətin inkişafı vurğulanmaqla Yaxın Şərqə xüsusi diqqət yetirilib.

Bununla yanaşı Moskva və Bakının həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxalq platformalarda sıx xarici siyasət koordinasiyasını davam etdirmək öhdəliyi təsdiqlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO