“Sənədlə bağlı müşahidələrimi iclas zalında səsləndirəcəm”.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Konstitusiya Məhkəməsinin üzvü Hrayr Tovmasyan məhkəmənin iclasından əvvəl jurnalistlərlə söhbətində bildirib.
“Hər hansı problem görsəm, ilk növbədə onları iclas zalında qaldırmalı, sonra isə bu barədə mətbuata açıqlama verməliyəm. Təbii ki, problemli məsələlər görürəm, onlar haqqında orada danışacam”, - deyə Tovmasyan əlavə edib.
Qeyd edək ki, bu gün Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyətinin əsasnaməsinin Konstitusiyaya uyğunluğu məsələsinə baxacaq.
Sənədə əsasən, İrəvan və Bakı 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədin delimitasiyası barədə razılığa gəliblər, lakin bu sənəd yekun sayılmır.
Əsasnamədə göstərilir ki, sülh sazişi qəbul edildikdən sonra proses başqa prinsiplərə uyğun davam etdirilə bilər. Əsasnamə 7 maddədən ibarətdir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:09 / 24.09.2024
İrəvanda bu gün Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası ilə bağlı sənəd MÜZAKİRƏ EDİLƏCƏK
Hazırda oxunan: İrəvanda bu gün Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası ilə bağlı sənəd MÜZAKİRƏ EDİLƏCƏK
Hazırda oxunan: İrəvanda bu gün Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası ilə bağlı sənəd MÜZAKİRƏ EDİLƏCƏK
212918
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.