Ermənistan Azərbaycanla tezliklə sülh sazişi imzalamağa hazırdır.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan italiyalı həmkarı Antonio Tayani ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən görüşdə deyib.
“Ermənistanın Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində atdığı addımlar qeyd olunub. Mirzoyan vurğulayıb ki, Ermənistanın qısa müddətdə Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün aydın mövqeyi var və saziş layihəsi ilə bağlı son təklifi də buna xidmət edir”, - Ermənistan XİN-in bəyanatında deyilir.
Mirzoyan bildirib ki, Ermənistanın regionda sabitliyin təmin edilməsinə baxışı ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətə, sərhədlərin toxunulmazlığı prinsiplərinə, eləcə də qarşılıqlı iqtisadi əlaqənin təmin edilməsinə yönəlmiş təşəbbüslərə əsaslanır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:14 / 24.09.2024
Mirzoyan: İrəvan qısa müddətdə Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır
Hazırda oxunan: Mirzoyan: İrəvan qısa müddətdə Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır
Hazırda oxunan: Mirzoyan: İrəvan qısa müddətdə Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır
212902
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.