İtaliya müdafiə naziri Bakıya gəldi - FOTO

İtaliya müdafiə naziri Bakıya gəldi - FOTO

Hazırda oxunan: İtaliya müdafiə naziri Bakıya gəldi - FOTO

212892

İtaliya müdafiə naziri Quido Krosetto müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə bu gün Bakıya gəlib.

Bizim.Media xəbər verir ki, o, “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək.

İtaliya nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov və Nazirliyin digər rəhbər heyəti qarşılayıb.

İtaliyalı qonaq ölkəmizdə səfərdə olduğu müddətdə Azərbaycan-İtaliya hərbi əməkdaşlığının yeni perspektivləri və digər məsələlərlə bağlı görüşlər keçirəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO