Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çinə işgüzar səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində nazir Çinin Orta Dəhliz üzərindən fəaliyyət göstərən aparıcı logistika şirkətlərinin rəhbərləri və əyalətlərin rəsmiləri ilə görüşüb.
Görüşdə Orta Dəhliz vasitəsilə daşımaların təşkili, infrastrukturun ötürücülük qabiliyyətinin artırılması sahəsində görülən işlər və qonşu ölkələrlə əməkdaşlıq məsələləri müzakirə olunub.
Çin nümayəndələri son zamanlar Orta Dəhliz üzrə daşımaların sürətinin artmasında, keyfiyyət göstəricilərində irəliləyiş müşahidə olunduğunu bildiriblər.
Bizim.Media