Adı var, özü yox... – Nüfuzunu itirən BMT-nin Təhlükəsizlik Şurası LƏĞV EDİLƏCƏK?

Adı var, özü yox... – Nüfuzunu itirən BMT-nin Təhlükəsizlik Şurası LƏĞV EDİLƏCƏK?

Hazırda oxunan: Adı var, özü yox... – Nüfuzunu itirən BMT-nin Təhlükəsizlik Şurası LƏĞV EDİLƏCƏK?

212792

Xəbər verdiyimiz kimi ötən gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 79-cu sesssiyasının “Yüksək Səviyyəli Həftə”si öz işinə başlayıb.

BMT-yə üzv 193 ölkədən ölkə liderlərini, dövlət və hökümət nümayəndələrini bir araya gətirən ənənəni həftənin ilk iki günündə Gələcək naminə Sammitin (Summit for the Future) açılışı olub.

Tədbir öncəsi açıqlama verən Baş katib Antonio Quterreş BMT-nin bəzi strukturlarının zamanla ayaqlaşmadığını  və yenidən formalaşmasına ehtiyac duyduğunu etiraf edir. Bu cür strukturlar arasında  Təhlükəsizlik Şurasının da adı çəkilir. Onun fikrincə Təhlükəsizlik Şurası “daha ədalətli bir təmsilçiliyə” çevrilməlidir. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan nümayəndə heyəti BMT-nin Gələcək Sammitində iştirak edir


Antonio Quterreş bununla bağlı fikirlərini belə ifadə edib:

“Biz nəvələrimiz üçün yaradılan strukturlardan istifadə edib nəvələrimiz üçün gələcək qura bilməyəcəyik". 

Təsadüfi deyil ki, BMT Təhlükəsizlik Şurasının səmərəsizliyi və bəzi dövlətlərin əlində alət olması barədə söz-söhbətlər son vaxtlar çoxalıb. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğanın TŞ barədə dediyi “dünya 5-dən ibarət deyil” fikri artıq bir aforizmə çevrilib. 

Ona görə də Baş katib TŞ-ni yeni formada canlandırmaq istəyir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Baş Assambleyanın 79-cu sesssiyasının “Yüksək Səviyyəli Həftə”sində ən populyar mövzulardan biri BMT-nin Təhlükəsizlik Şurasının yenidən formalaşdırılmasıdır:

“Bu yeni məsələ deyil. Hələ 2000-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən təşkil olunan “Minilliyin Sammiti”ndə bu məsələ gündəliyə gətirildi. O zaman Baş katib Butros-Butros Qaliyə tapşırılmışdı ki, bununla bağlı təkliflər hazırlasın. Məsələ ilə əlaqədar BMT-nin xüsusi bir komissiyası da formalaşdı. Həmin komissiya bir neçə il ərzində bununla bağlı müəyyən təkliflər hazırladı. O zamankı reallıq elə idi ki, bu məsələdə hansısa konsensusa nail olmaq mümkündür. 

Mövzu bu gün də gündəmdədir. 

Demək olar ki, hər il bununla bağlı müxtəlif fikirlər səslənir. Lakin indiki mərhələdə bu məsələdə real dəyişikliyə nail olmaq bir o qədər real görünmür. Çünki dünyada ziddiyyətlər, qütbləşmələr çoxdur. Ən əsası veto hüququ olan ölkələrin bir araya gəlib, hansısa layihəni dəstəkləməsi perspektivi 0-dır. 

Amma reallıq ondan ibarətdir ki, BMT bir qurum kimi ilbəil nüfuzunu itirir. Bu gün dünyada baş verən böhranlar qarşısında, məsələn Ukrayna və Yaxın Şərqdəki münaqişələr fonunda BMT heç nə edə bilmir. Hətta Yaxın Şərqlə bağlı BMT-nin qətnamələri havadan asılı qalıb. Ona görə də TŞ barədə ümidlər yersizdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO