Onlar VII çağırışda komitə sədri olmayacaqlar – ADLAR

Onlar VII çağırışda komitə sədri olmayacaqlar – ADLAR

Hazırda oxunan: Onlar VII çağırışda komitə sədri olmayacaqlar – ADLAR

212758

Xəbər verdiyimiz kimi, VII çağırış Milli Məclisin komitələrinin sədrləri seçilib.

Bizim.Media xəbər verir ki, VI çağırışda komitə sədri olmuş 4 deputat bu dəfə eyni vəzifəyə seçilməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclis komitələrinin sədrləri və müavinləri SEÇİLDİ


Həmin şəxslərin adlarını təqdim edirik:

Ziyafət Əsgərov

O, VI çağırış Milli Məclisdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə sədrlik edib. VII çağırışda isə bu komitəyə Arzu Nağıyev sədrlik edəcək. Ziyafət Əsgərov isə Milli Məclisin vitse-spikeri olacaq. Qeyd edək ki, Ziyafət Əsgərov II, III, IV və V çağırış Milli Məclisdə də vitse-spiker kimi fəaliyyət göstərib.

Bəxtiyar Əliyev

O, VI çağırış Milli Məclisdə elm və təhsil komitəsinə sədrlik edirdi. VII çağırışda isə sözügedən komitəyə Anar İsgəndərov rəhbərlik edəcək.

Fəzail İbrahimli

Fəzail İbrahimli VI çağırış Milli Məclisdə İctimai birliklər və dini qurumlar komitəsinin sədri, eyni zamanda vitse-spiker kimi fəaliyyət göstərirdi. Lakin VII çağırışda o, hər iki vəzifəsini itirib. VII çağırış Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa seçilib.

Tahir Mirkişili

VI çağırış Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə sədrlik edən Tahir Mirkişili bu çağırışda həmin vəzifəyə seçilməyib. Sözügedən komitəyə qarşıdakı 5 ildə Azər Əmiraslanov rəhbərlik edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO