İlham Əliyev: "Ermənistan razılaşdırılmamış müddəaları sülh müqaviləsindən çıxarıb"

İlham Əliyev: "Ermənistan razılaşdırılmamış müddəaları sülh müqaviləsindən çıxarıb"

Hazırda oxunan: İlham Əliyev: "Ermənistan razılaşdırılmamış müddəaları sülh müqaviləsindən çıxarıb"

212754

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə də toxunub. 

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı xatırladıb ki, İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlayıb:

"O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcəyin nədən ibarət olacağı haqda heç öz fikirlərini formalaşdırmamışdılar".

Ermənistanın məsələni süni şəkildə uzatdığını vurğulayan Prezident deyib:

“Bu günə qədər - birinci layihəmiz Ermənistana göndəriləndən bu günə qədər 10 şərhlər mübadiləsi olub. ... aylar keçdikcə təbii olaraq biz gözləyirdik ki, Ermənistan öz şərhlərini daha operativ və çevik bizə verəcək.
 

Ancaq biz bunun tam əksini gördük. Son variantın onlardan alınmasını biz 70 gün gözləməli olduq. Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi”. 


Dövlətimizin başçısı vurğulayıb ki, bir sıra məqamlar Ermənistanın, əslində, sülh istəmədiyini, vaxt uzatdığını deməyə əsas verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO