Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclasında YAP-ın Milli Məclisin sədri postuna namizədi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, YAP-ın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub.
Sahibə Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, bu gün VII Çağırış Milli Məclisin ilk iclası keçiriləcək. Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
Bizim.Media