Dövlət başçısı Qarabağ Universitetinin tələbələri ilə SÖHBƏT ETDİ - FOTO/VİDEO

Dövlət başçısı Qarabağ Universitetinin tələbələri ilə SÖHBƏT ETDİ - FOTO/VİDEO

Hazırda oxunan: Dövlət başçısı Qarabağ Universitetinin tələbələri ilə SÖHBƏT ETDİ - FOTO/VİDEO

212378

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb və çıxış edib.

Tələbə Fənarə Məmmədzadə: “Hörmətli cənab Prezident, mən Bərdə şəhərində fəaliyyət göstərən Ağdam rayon 9 nömrəli tam orta məktəbin məzunuyam. Laçın rayonundan keçmiş məcburi köçkünəm. Doğma torpaqlarımızı heç vaxt görməsəm də, bu sevgimi qəlbimdə daşımışam. Bu gün çox xoşbəxtəm. Qəbul imtahanında 642 bal toplayaraq Qarabağ Universitetinin maliyyə ixtisasını seçmişəm və doğma yurduma tələbə statusunda qayıtmışam. İnanıram ki, tələbələrimiz Qarabağ Universitetinin bizə verdiyi imkanlardan ən doğru şəkildə istifadə edərək gələcəyin parlaq mütəxəssisləri olacaqlar və Qarabağımızın dirçəlməsində birlikdə iştirak edəcəklər.

Son olaraq doğma torpaqlarımızı işğaldan azad etdiyiniz və biz gənclərə burada təhsil almaq şansı yaratdığınız üçün Sizə minnətdarlığımı bildirirəm”.


Prezident İlham Əliyev: “Sağ ol, təşəkkür edirəm”.

Tələbə Rauf Penceyev: “Möhtərəm Prezident, mən Bakı şəhəri 85 nömrəli tam orta məktəbin məzunuyam. Ötən ilin qəbul imtahanlarında 600 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşam. Birinci kursda oxuduğum zaman Sizin Qarabağ Universitetinin yaradılması ilə bağlı Sərəncam imzaladığınız barədə xəbəri eşitdim. Bu xəbəri eşitdikdən sonra Qarabağ Universitetinin ilk tələbələrindən olmaq sevincini yaşamaq üçün əlimdən gələni etmək istədim və bunun üçün respublikamızda keçirilən “SABAH” qrupu imtahanlarında yüksək nəticə toplayaraq təhsilimi Qarabağ Universitetində davam etdirmək hüququ qazandım. Həm Qarabağ Universitetinin ilk tələbələrindən biri olmaq və həm də ilk məzunlarından biri olacağım üçün çox xoşbəxtəm və qürurluyam. Bu gün bu möhtəşəm tədbirdə - Qarabağ Universitetinin açılışında Sizin qarşınızda “SABAH” qrupunun tələbələrindən biri olaraq çıxış etməkdən fərəh hissi duyuram. Qarabağa ilk gəlişim Xankəndi şəhərinə təsadüf etdi və buraya tələbə statusunda gəlmək daha böyük qürurverici hissdir. Xankəndi şəhərində yaradılan şərait və infrastrukturla tanış olmuşam. Burada yaradılan şəraitə, ən əsası isə biz tələbələr üçün müasir tipli yataqxananı və qısa müddətdə Qarabağ Universitetini hazır vəziyyətə gətirdiyinizə görə Sizə təşəkkürümü bildirirəm”.


Prezident İlham Əliyev: “Sağ ol”.

Tələbə Zenfira Nəsirova: “Möhtərəm cənab Prezident, mən Salyan şəhər, Aşıq Pənah adına 1 saylı məktəbin məzunuyam. Builki qəbul imtahanında 684 bal toplayaraq Qarabağ Universitetinin hüquqşünaslıq ixtisasına qəbul olmuşam. Doğrusu, topladığım bal mənə respublikamızın digər ali məktəblərini seçmək imkanını yaradırdı. Lakin məhz seçimim Qarabağ Universiteti oldu və sevinirəm ki, ailəm də bu seçimimi dəstəklədi. Çünki burada təhsil almaq hər bir azərbaycanlı gənc üçün böyük fəxarətdir. Bu gün bu tədbirdə iştirak edirəm və çox xoşbəxtəm ki, həm Qarabağ Universitetinin ilk tələbələrindənəm, həm də tələbələr arasında ən yüksək nəticəni mən göstərmişəm və Sizin qarşınızda çıxış etmək imkanı qazanmışam.

Biz tələbələr olaraq Sizi tam əmin edə bilərik ki, yüksək təhsil alıb peşəkar mütəxəssis kimi yetişərək ölkəmizə, Vətənimizə daim fayda verəcəyik. Yaradılan bütün şəraitə və ümumi olaraq Azərbaycan gəncinə göstərdiyiniz dəstəyə görə Sizə və Mehriban xanıma xüsusi təşəkkürümüzü bildiririk”.


Prezident İlham Əliyev: “Sağ ol. Təşəkkür edirəm”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO