Baş prokurorunun müavini Fransada beynəlxalq görüşdə iştirak edib - FOTO

Baş prokurorunun müavini Fransada beynəlxalq görüşdə iştirak edib - FOTO

Hazırda oxunan: Baş prokurorunun müavini Fransada beynəlxalq görüşdə iştirak edib - FOTO

212263

Azərbaycan Respublikasının Prokurorluğunun beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı uğurla davam etdirilir.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, cari ilin 16-19 sentyabr tarixlərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Fransanın Paris şəhərindəki mənzil qərargahında Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin (ACN) 23-cü Plenar iclası və Şəbəkənin İdarə Heyətinin 29-cu görüşü keçirilib.

Qeyd edilən tədbirlərdə Azərbaycanı Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun rəhbərlik etdiyi, Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Alıyev və Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Nicat Nağıyevdən ibarət nümayəndə heyəti tərəfindən təmsil olunub.

Plenar iclasda Şəbəkənin İstanbul Fəaliyyət Planının V monitorinq mərhələsi çərçivəsində Mərkəzi Asiya ölkələri üzrə dəyərləndirmə hesabatları müzakirə edilərək qəbul edilib.

Ölkəmiz Özbəkistanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş islahatların dəyərləndirilməsini nəzərdə tutan milli hesabatın müzakirəsində məruzəçi qismində iştirak edib.

Bununla yanaşı, nümayəndə heyətinin üzvü Səbuhi Alıyev Tacikistanın korrupsiyaya qarşı mübarizə tədbirlərinin beynəlxalq standartlara uyğunluğunun dəyərləndirilməsində ekspert qismində iştirak edib.

Bundan əlavə, nümayəndə heyətimiz Şəbəkənin İdarə Heyətinin iclasında çıxış edərək son dövrdə ölkəmizdə korrupsiya və oxşar neqativ halların qarşısının alınması və ona qarşı mübarizə ilə bağlı həyata keçirilmiş tədbirlər barəsində məlumat verib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO