Prezident Ağdam Sənaye Parkında Dam örtükləri istehsalı zavodunun açılışında - FOTO

Prezident Ağdam Sənaye Parkında Dam örtükləri istehsalı zavodunun açılışında - FOTO

Hazırda oxunan: Prezident Ağdam Sənaye Parkında Dam örtükləri istehsalı zavodunun açılışında - FOTO

212161

Dövlətimizin başçısı, eyni zamanda, parkın rezidenti “Prof-Dam” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dam örtükləri istehsalı zavodunun açılışında iştirak etdi.

Bizim.Media xəbər verir ki, layihə çərçivəsində dam və fasad örtülməsi üçün nəzərdə tutulmuş profilli təbəqələrin, metalkirəmit plitələrin, sendviç panellərin və müxtəlif dam örtüyü aksessuarlarının istehsalı təşkil ediləcək.

Qeyd olundu ki, “Prof-Dam” MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İki hektar ərazidə yaradılan müəssisədə məhsul buraxılışı İtaliya, Finlandiya, Türkiyə, Rusiya və Çin istehsalı olan soyuq metalşəkilləmə texnologiyalarının tətbiqi ilə həyata keçiriləcək .

İnvestisiya dəyəri 8,5 milyon manat olan müəssisədə 40-dək iş yeri yaradılacaq. Bu müəssisədə də işçilərin Ağdamdan və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur.

Zavod ildə 1.4 milyon kvadratmetr profilli təbəqələrin, 1 milyon kvadratmetr metalkirəmit lövhələrin, 1 milyon kvadratmetr sendviç panellərin, habelə 2 min ton dam aksessuarı istehsalı gücünə malikdir. İstehsal olunan məhsulların 90 faizi yerli bazar, 10 faizi isə xarici bazar üçün nəzərdə tutulub.

Prezident İlham Əliyev zavodu işə saldı.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO