Azərbaycanın Oman və Tailanddakı səfirləri fəaliyyətə başlayıblar

Azərbaycanın Oman və Tailanddakı səfirləri fəaliyyətə başlayıblar

Hazırda oxunan: Azərbaycanın Oman və Tailanddakı səfirləri fəaliyyətə başlayıblar

211901

Bu il Azərbaycanın Oman və Tailanda səfirləri təyin edilib və onlar artıq fəaliyyətə başlayıblar.

Bizim.Media xəbər verir ki, bunu "report"a müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, Azərbaycanın xarici ölkələrdəki missiyalarının gücləndirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzində olub:
 

"Bununla yanaşı, Azərbaycan üçün əhəmiyyət daşıyan ölkələrdə diplomatik təmsilçiliklərinin sayının artırılması da əsas prioritetlərdən olub. 2023-cü ildə yeni diplomatik missiyaların açılması işi davam etdirilib.


Azərbaycanın Slovakiyada (Bratislava şəhərində) səfirliyi təsis edilib. 29 mart 2023-cü il tarixində ölkəmizin İsraildə (Tel-Əviv şəhərində) səfirliyinin açılış mərasimi keçirilib. Bununla yanaşı, Azərbaycanın Fələstin Dövlətinin Ramallah şəhərində Təmsilçilik Ofisi fəaliyyətə başlayıb".

XİN sözçüsü bildirib ki, Azərbaycanın xaricdə diplomatik missiyalarının ümumi sayı 91-ə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO