Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ - YENİLƏNİB/FOTO

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ - YENİLƏNİB/FOTO

211898

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun dəvəti ilə Ankarada səfərdədir.  Səfər çərçivəsində general-leytenant N.İslamzadə Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Ordu generalı Z.C.Kadıoğlunun da iştirak etdiyi görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

*** 17:50

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadəni qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. 

Qeyd olunub ki, Ankarada keçirilən qəbulda Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Camal Kadıoğlu da iştirak edib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO