Kanadalı nazir müavini Xankəndi və Şuşada - FOTO

Kanadalı nazir müavini Xankəndi və Şuşada - FOTO

Hazırda oxunan: Kanadalı nazir müavini Xankəndi və Şuşada - FOTO

211881

Kanadanın Ontario əyalətinin psixi sağlamlıq və asılılıqlar üzrə nazir müavini Maykl Tibollo (Michael Tibollo) Azərbaycana səfəri çərçivəsində Xankəndi və Şuşa şəhərlərində olub.

Bizim.Media xəbər verir ki, əvvəlcə Xankəndinə gedən qonaq şəhərlə tanış olub və Qarabağ Universitetinin rəhbərliyinin Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları ilə apardığı fikir mübadiləsində yaxından iştirak edib.

Daha sonra Şuşaya yola düşən nazir müavini Maykl Tibolloya şəhərin tarixi, erməni işğalı dövründə törədilən vandalizmlər və işğaldan azad olunduqdan sonra aparılan təmir-bərpa, yenidənqurma işləri haqqında məlumat verilib. O, “Güllələnmiş heykəllər” abidəsi, Şuşa qalası, Cıdır Düzü və digər görməli yerləri ziyarət edib.

Qeyd edək ki, Maykl Tibollo Şuşaya səfəri ərəfəsində doktorluq dissertasiyasını müdafiə edərək klinik psixologiya üzrə doktorluq dərəcəsinə yiyələnib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO