Britaniyalı supermodel və aktrisa Naomi Kempbell “Formula-1” Azərbaycan Qran-prisi çərçivəsində Azərbaycana səfər edib.
Bizim.Media xəbər verir ki, paytaxt Bakımızın qonağı olan Kempbell səfərlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Bakıda xeyli foto çəkdirən aktrisa Heydər Əliyev Mərkəzini də ziyarət edib.
O, paylaşımında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Prezidentin köməkçisi Anar Ələkbərova, gənclər və idman naziri Fərid Qayıbova, Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikaliyə və Formula 1-in müşaviri Flavio Briatoreyə təşəkkür edib.
Bizim.Media