“44 günlük müharibənin yekunu olaraq bölgədə yeni münasibətlərin qurulması üçün mütləq sərhəd problemlərini də həll etmək lazım idi. Zəngəzur dəhlizinin işə salınmasının və Azərbaycan - Ermənistan arasında sülhün qorunması sərhədlərin delimitasiyası və demarkasiyası olmadan mümkün deyildi”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov deyib.
Bildirib ki, Lavrovun Qafqaza səfərindən sonra müəyyənləşdirilmiş sərhədlərdə postların qurulmasının ikinci mərhələsinə start verildi:
“İlk saatlardan indiyə qədər Koçaryan tərəfindən idarə olunan KİV də ciddi şəkildə Nikola Qaragöl mövzusunda pressinq davam etməkdədir. Buna cavab olaraq, Paşinyan hakimiyyəti Qaragöl məsələsində Ermənistanda hay - küyün yaranması fonunda pressinq qarşısısında qalaraq geoosiyasi kartı oymağa başladı. Nikol Koçaryanın son zamanlar iqtisadi və siyasi əlaqələrindən istifadə edərək elektoratını çoxaltması və Qaragöl mövzularının onun reytinginə mənfi təsir etdiyini başa düşərək növbəti dəfə Fransa - Ermənistan, ABŞ - Ermənistan kartlarını işə saldı”.
Politoloqun sözlərinə görə, Paşinyan faktiki olaraq Rusiya qarşısında şərt qoyaraq erməni ictimaiyyətinə Moskvanın mövqeyini bir daha göstərmiş oldu.
“O, sabah üzərində məsuliyyət qalmasın deyə, hökumətinin Rusiya tərəfi ilə telefon danışıqları ilə kifayətlənmədi, Rusiya prezidentinə məktub yazdı və məktubda Moskvadan yardım istədi. Beləliklə, fors - major halında "mən Putindən hərbi yardım istədim, lakin o yardımı almadım" tezisini bəyan edəcəyini yazılı sənədlə sabaha saxlamış oldu”.
Z. Məmmədovun fikrincə, Qaragöl məsələsində Rusiya erməni ictimaiyyəti qarşısında pis vəziyyətdə qalıb:
“Azərbaycan ordusu Ermənistan sərhəddini keçdi, amma Rusiya Ermənistan qarşısında öhdəliyini yerinə yetirmədi" şüarını səsləndirməyə yaxın olan anti - Rusiyaçılar, baxın bizim dediyimiz həqiqət oldu deməyə başladılar. Əvəzində, Paşinyan hələlik dəstəyi Parisdən aldı. Fransa Azərbaycan ordusunun öz sərhədləri daxilində olduğunu bilə - bilə Bakını tənqid edən mövqe sərgilədi”
Politoloqun proqnozuna görə, mövcud durumda Rusiya Qaragöl məsələsində həqiqəti deməyənə qədər erməni cəmiyyətində nüfuzunu daha da itirəcək. Paşinyan da bu mövzuda Koçaryana uduzub:
“Onun bir yolu qalır, seçkiqabağı daxili auditoriya üçün "günahkar" tapmaq.. Koçaryan Qaragöl məsələsində Ara Ayvazyanın və bölgədəki generalların "fəaliyyətləri" nəticəsində (əslində mən bu günlər ərzində bir çoxlarının addımlarını Nikola qarşı qurulmuş oyun kimi başa düşürəm) Paşinyanı tələyə saldı”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:59 / 15.05.2021
Qaragöldə nə baş verir? Kimlər Paşinyanı satdı?
Hazırda oxunan: Qaragöldə nə baş verir? Kimlər Paşinyanı satdı?
Hazırda oxunan: Qaragöldə nə baş verir? Kimlər Paşinyanı satdı?
21161
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.