TDT-nin energetika nazirləri sabah bu şəhərdə BİR ARAYA GƏLƏCƏK

TDT-nin energetika nazirləri sabah bu şəhərdə BİR ARAYA GƏLƏCƏK

Hazırda oxunan: TDT-nin energetika nazirləri sabah bu şəhərdə BİR ARAYA GƏLƏCƏK

211549

Energetika naziri Pərviz Şahbazov sentyabrın 16-da Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 4-cü iclasında iştirak edəcək.

Bu barədə Bizim.Media-ya Energetika Nazirliyindən bildirilib.

İclasda TDT-yə üzv və müşahidəçi ölkələr arasında energetika sahəsində qarşılıqlı fəaliyyət və “TDT-nin Enerji Əməkdaşlığı üzrə Proqramı (2023-2027)” sənədi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Səfər çərçivəsində nazirin ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO