Beynəlxalq Avtomobil Federasiyasının prezidenti İlham Əliyevin QƏBULUNDA

Beynəlxalq Avtomobil Federasiyasının prezidenti İlham Əliyevin QƏBULUNDA

Hazırda oxunan: Beynəlxalq Avtomobil Federasiyasının prezidenti İlham Əliyevin QƏBULUNDA

211540

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi qəbul edib.

Bizim.Media xəbər verir ki, Məhəmməd Ben Sulayem ötən ilin dekabrında Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyasının və Federasiyanın mükafatlandırma mərasiminin Bakıda keçirilməsinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Qonaq Azərbaycan Avtomobil Federasiyası və klublar ilə sıx əlaqələrin mövcud olduğunu deyərək, əməkdaşlığın genişləndiyini vurğulayıb.

Məhəmməd Ben Sulayem COP çərçivəsində Beynəlxalq Avtomobil Federasiyasının nəqliyyat sahəsində fəaliyyətə dəstək verəcəyini və bununla bağlı Federasiyanın mütəxəssislərinin ölkəmizlə əməkdaşlıq edəcəklərini bildirib.

Dövlətimizin başçısı Beynəlxalq Avtomobil Federasiyasının prezidentini COP29-a dəvət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO